20 Avqust 2012-ci il tarixindən Şərq Əməkdaşlığı ölkələrində Vətəndaş Cəmiyyətinin təşəbbüslərinin dəstəklənməsi üçün yeni bir imkan açılır. NGOmap Müsabiqəsi 16 sentyabr 2012-ci il tarixinədək 6 ölkənin – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları üçün açıq elan edilir. NGOmap müsabiqəsinin əsas ideyası, yerli problemlər barədə informasiyanı online olaraq yerləşdirmək və onların həlli istiqamətində təkliflər verməkdi.
“İdeyanı reallaşdırmaq üçün təcrübən, komandan və pulun yoxdursa, narahat olma. Ngomap.eu saytından istifadə etməklə, öz təşəbbüsünü sayta yerləşdirə bilərsən. Təşəbbüsün ən çox səs qazansa, biz səni Polşaya təcrübə səfərinə dəvət edəcəyik”, müsabiqənin Koordinatoru Lukaş Qrayevski belə deyir, Ümumi Avropa Fondu, Varşava, Polşa.
NGOmap müsabiqəsində əsas mükafat Oktyabrın 17-19-una planlaşdırılmış Polşaya təcrübə səfəridi. Bu səfər ərzində hər ölkədən qalib gəlmiş təşəbbüsün müəllifi maraqlı görüşlərdə iştirak edəcək. Onlar müsabiqənin Ekspert heyəti ilə görüşüb layihələrini həyata keçirmək üçün fikir mübadiləsi aparacaqlar. Səfər müddətində həmçinin Polşa Regional İnkişaf Nazirliyi və QHT nümayəndələri ilə də görüşlər keçiriləcək. Qaliblər, beynəlxalq PR agentliklərindən olan professionallar tərəfindən aparılacaq PR və Marketinqlə bağlı mühazirədə iştirak edəcəklər.
Lukaş Qrayevski qeyd edib: “Bizim qaliblərə pul mükafatımız yoxdur. Biz inanırıq ki, onlara istiqamət göstərmək daha vacibdi . Ona görə də biz onların ekspertlərlə görüşlərini təşkil edəcək, idealarını necə rellaşdırmağı öyrədəcək və onların beynəlxalq şəbəkəsinin yaradılmasına təkan verəcəyik”,
İdeyaları sayta yerləşdirmək üçün Avqustun 20-dən Sentyabrın 16-na qədər vaxt verilir. Sentyabrın 17-30-u arası hər ölkədə ən yaxşı təşəbbüs seçimi üçün səsvermə olacaq. Oktyabrın 1-i isə müsabiqə komandası nəticələri açıqlayacaq. NGOmap Müsabiqəsi haqqında daha ətraflı məlumatı NGOmap.eu saytından ala bilərsiniz.
Qeyd edək ki, Azərbaycandan müsabiqə üzrə əlaqələndirici şəxs “Sağlam Düşüncə” Gənclər Təşkilatının Beynəlxalq Əlaqələr Proqramının koordinatoru Könül Cəfərovadır.