“Təxribatların qarşısı qətiyyətlə alınacaq”

348

“Ötən gün Azərbaycan sərhədçisinin snayper tüfəngi ilə vurulması Ermənistanın təxribat törətmək siyasətindən əl çəkmədiyini, 2023-cü ilin sentyabr ayında Azərbaycan tərəfindən həyata keçirilən antiterror əməliyyatlarından dərs çıxarmadığını göstərir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın əsas məqsədi öz ərazi bütövlüyünü qorumaq və bölgədə davamlı sülhü təmin etməkdir. Bu cür təxribatlar regionda gərginliyin artırır, sülh və sabitliyin təmin olunması üçün aparılan səylərə ciddi zərbə vurur”.

Bu fikirləri siyasi şərhçi Saleh Şükürlü səsləndirib.

Saleh Şükürlü qeyd edib ki, Ermənistanın bu davranışı, həmçinin, beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir:”Beynəlxalq ictimaiyyət və müvafiq beynəlxalq təşkilatlar, bu cür təxribatçı fəaliyyətləri qınamalı və bölgədə sülh və sabitliyin təmin edilməsi üçün daha fəal rol oynamalıdırlar.
Azərbaycan öz sərhədlərini və vətəndaşlarını qorumaq hüququna malikdir. Dövlətimizin başçısı çıxışlarında ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı bir təxribat cavabsız qalmayacağını vurğulayıb. Bu kontekstdə, son “qisas əməliyyatı” Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini qorumaq azmini nümayiş etdirir. Eyni zamanda bu əməliyyat potensial təxribatçılara açıq mesajdır. Bundan sonra da törədiləcək təxribatların qarşısı qətiyyətlə alınacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər