Təyyarə qəzasında həlak olanların sayı 41-ə çatdı – SİYAHI

1707
Moskvanın “Şeremetevo” hava limanında baş verimiş təyyarə qəzasında həlak olan sərnişinlərin sayı 41 nəfərə çatıb.
ONA-nın Moskva bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaqa təqdim edilən son məlumata görə, qəzadan 37 nəfər sağ qalıb.
Sərnişinlərdən 28 nəfərinin taleyi barədə heç bir açıqlama verilmir. Həlak olan 13 sərnişinin yanmış cəsədləri isə təyyarənin arxa hissəsində – alovun alışdığı salonda aşkarlanıb.
Təyyarədə olan sərnişinlərin siyahısını təqdim edirik:
Опубликован список всех пассажиров загоревшегося в «Шереметьево» самолета

22:33
“Sheremetevo” hava limanından qalxandan 28 dəqiqə sonra məcburi eniş edən “Sukhoi Superjet 100” sərnişin təyyarəsinin yanması nəticəsində son məlumatlara görə, 13 nəfər həlak olub, 6 nəfər yaralanıb.
ONA-nın tass.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə ilə bağlı yaradılmış İstintaq Komitəsi tərəfindən təyyarədə 73 sərnişin və 5 ekipaj üzvü olduğu açıqlansa da, digərlərinin taleyi barədə heç bir məlumat verilməyib.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, Sheremetevo hava limanında təcili eniş edən “Aeroflot”a məxsus təyyarə Moskvadan Murmanska uçurmuş.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (“Yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatı ilə bağlı qaydaların pozulması, iki və daha çox şəxsin səhlənkarlığı ilə nəticələnməsi”) maddəsilə cinayət işi başlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər