Təyyarəyə iki dəqiqə gecikdi, həyatda qaldı – Polis saxladı

1390

Yunanıstan vətəndaşı Antonios Mavropolulos Efiopiya hava yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinə iki dəqiqə gecikdiyindən həyatda qalmağı bacarıb. “Qafqazinfo” xəbər verir ki, Afina şəhər sakini olan Mavropolulosun sözlərinə  görə, qəza barədə məlumat yayıldıqdan sonra polis onu təyyarəyə minməyən yeganə sərnişin qismində saxlayıb.

“Baqajım yanımda olduğundan baş vermiş qəza ilə mənim aramda heç bir məntiqi əlaqə yoxdur. Hüquq-mühafizə orqanları məhz buna görə də məni çox dindirmədilər”, – deyə o, bildirib.

A. Mavropolulos Feysbuk hesabında “ET 302” reysinə olan biletinin fotosunu da paylaşıb.

Xatırladaq ki, martın 10-da Əddis-Əbəbədən Nayrobiyə uçan “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing-737” tipli təyyarə havaya qalxdıqdan 6 dəqiqə sonra ölkənin Debre-Zeyt şəhərində qəzaya düşüb. Hadisə nəticəsində göyərtədə 8 ekipaj üzvü olmaqla 157 nəfər olub, hamısı ölüb.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər