«The White Room» «Mincə Sənət» İncəsənət Qalereyasında – FOTO

582

4 iyun 2022-ci il tarixində “Mincə Sənət” İncəsənət Qalereyasında gənc avanqard rəssamı Sahib Yaqubovun “The White Room” (Ağ otağı) adlı fərdi sərgisinin açılışı olmuşdur.

Qeyd edək ki, Sahib Yaqubov Sumqayıtın Corat qəsəbəsində anadan olub, Ə.Əzimzadə adına texnikumda rəssamlıq təhsilini alıb, sonra onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində davam etdirib.

S.Yaqubov bir çox satış sərgilərin iştirakçısı, Lüksemburq, Brüssel, Pekin, Paris, Dubay, Moskvada keçirilən çoxsaylı yerli və beynəlxalq müsabiqələrin laureatıdır. Onun əsərləri bu gün Rusiya, Belarus, Türkiyə, ABŞ və Kanadanın şəxsi kolleksiyalarında saxlanılır.

Qalereyanın rəhbəri və təsisçisi Fidan Bədəlova gənc rəssamın əsərlərindəki ifadəli abstraksiyasını, dünyaya müasir baxışını xüsusilə qeyd edib. Vurğuladı ki, S.Yaqubovun əsərlərində həm konformizm, həm Avropa konseptual üslubları, həm də milli lirik motivləri mövcuddur.

Xatırladaq ki, sərgi iyulun 4-dək davam edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər