İndi sizə təqdim edəcəyimiz ixtiraların hər biri həyatımızı başdan-ayağa dəyişdirib.
Tibb.fins.az 150 ildə həyatımıza daxil olan möhtəşəm ixtiraları təqdim edir.
Diş sensoru
Qarşımızdakı şəxsin dişinin üzərində yad cisim görsəniz, təəcüblənməyin. Diş sensoru, gündəlik qida qəbulunu balansda saxlayır. Bu cihaz ağzımızdakı şəkər, duz və alkoqol səviyyəsini ölçür. Təxminən 2 mm qalınlığında olan cihaz radio dalğaları texnologiyası ilə işləyir. Ağzımıza qoyduğumuz bütün qidalar sensor cihaz vasitəsi ilə araşdırılır. Radio dalğaların köməyi ilə ötürülən məlumatlar oxunur.
Rentgen şüaları
1895-ci ildə Vilhelm Rentgen tərəfindən kəşf edilib. Və X-şüaları adlandırılıb. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Dalğa uzunluğu olan Retgen şüaları şərti olaraq sərt Retgen şüaları adlanır. Rentgen borusu, radioaktiv izotoplar rentgen şüalarının mənbəyidir. Rentgen şüaları metallardan, qeyri-metaldan, üzvi maddələrdən keçə bilir. Bu səbəbdən rentgen şüaları tibbdə, texnikada istifadə olunur.
Pensilin
1928-ci ildə Fleminq tərəfindən kəşf olunan antibiotik. Penisillinlər mikroorqanizmlərin həyat fəaliyyəti məhsulları əsasında işlənib hazırlanmış ilk antimikrob dərman qrupudur.
Elektron mikroskop
İlk elektron mikroskop “Siemens” firması tərəfindən 1931-ci ildə istehsal olunub. 1960-cı ildən elmi tədqiqatlar üçün istifadə olunub. Bütün mikroorqanizmlərin hər cür araşdırılmasına imkan verir.
Lazer
Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. 1960-cı ildən lazerin kəşfindən sonra tətbiq sahələrini özü axtaran qurğu adı verilib. Onlar göz linzasının düzəlişindən tutmuş nəqliyyat vasitələrinin idarə olunmasına qədər, kosmik uçuşlardan tutmuş termonüvə sintezinə qədər geniş bir spektrdə tətbiq edilir. Lazerin elmdə və sənayedə geniş tətbiqinə onların unikal xassəsi olan koherentlik, monoxromatiklik və yüsək şüa sıxlığı əldə etmək qabiliyyəti səbəb olub.