Tibbi yoxsa parça maska – MASKA SEÇİMİ NECƏ OLMALIDIR? – HƏKİM AYDINLIQ GƏTİRDİ

779

“Digər dünya ölkələrinə nəzər yetirsək, insanların müxtəlif dizaynda və formada olan tibbi maskalardan istifadə etdiyini görmərik”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, həkim Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, sadəcə olaraq istifadə olunmuş materiallar tibbi göstəricilərə malik olmalıdır: “Yəni burada müəyyən ağıllı texnologiyaların istifadəsi ilə nano parçalardan istifadə olunur. Həmin bu parçalardan da bir neçə dəfə istifadə etmək mümkündür. Yəni həmin parçadan hazırlanmış maskalar müvafiq olaraq yuyulduqdan sonra istifadə edilə bilər. Maska sadə parçalardan tikilə bilməz. Çünki maskaya istifadə edilmiş parçaların hissəciyində müxtəlif törədicilərin hopub qalma ehtimalı çox yüksəkdir. Bu baxımdan parça maskalar tibbi texnologiyaya uyğun hazırlanır. Təbii ki, müxtəlif dizaynlı parçalardan istifadə etmək olar. Amma bunların da hər biri tibbi texnologiya ilə hazırlanmalıdır. Sadəcə müxtəlif bəzək üçün istifadə edilən maskaların tibbi cəhətdən ciddi bir əhəmiyyəti və qoruyucu bir xüsusiyyəti yoxdur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər