Toydan çıxıb evə gedən kişi faciəli şəkildə öldü

1401

Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayitxeber.com “Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da axşam saat 20:30 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik maşını yolla gedən 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğlunu vurub. Qəzadan sonra avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. A. İbiyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, Abdurəhman İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb evə gedirmiş. Mərhumun içkili olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər