Toydan qayıdarkən qəzada ölənlərin adları məlum oldu

785

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qəza zamanı Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişiblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər