Tum çırtlamaq appendisitin inkişafına səbəb ola bilər.
Medicina.az xəbər verir ki, Rusiyanın NTV kanalında yayımlanan “NaşPotrebNadzor” verlişinin ekspertləri xəbərdarlıq edir ki, bunun ehtimalı az olsa da, bu həqiqətən mümkündür. Lakin buna səbəb təmizlənmiş tum deyil, tumun qabıqları ola bilər. Bu qabıqlar mədədə həzm olunmur və bağırsaqlar boyu “səyahət etdikdən” sonra təbii yol ilə çölə çıxır.
Appendiks kor bağırsağa açılır və bu çıxış yeri çox ensizdir. Appendisitin yayılmış səbəbləri arasında bu yerin mexaniki olaraq tıxanmasıdır. Əgər tumun qabığı bu yeri bağlayarsa, appendiksdə durğunluq və iltihab yaranır, mikrobların, toksinlərin sayı artır, irinləmə başlayır. Nəticədə appendisit yaranır.