Tural Əliyev güləş üzrə U-20 dünya birinciliyində uğurla hakimlik edir

885

Xəbər verdiyimiz kimi, hazırda Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə U-20 dünya birinciliyi keçirilir.

1-ci kateqoriya üzrə beynəlxalq dərəcəli hakim Tural Əliyev ölkəmizi mundialda uğurla təmsil edir. Tural Əliyev gənc olmasına baxmayaraq, kifayət qədər nüfuzlu yarışlarda hakimlik təcrübəsinə malikdir. Onun xalçadakı qətiyyətli davranışları güləş izləyicilərinə xüsusi zövq verir. Ən əsası, Əliyevin ədalətli qərarları güləş ruhuna daha bir gözəllik qatır. Məhz bu keyfiyyətlərinə görə bəzən prinsipial görüşlər ona həvalə edilir.

İnanırıq ki, böyük perspektivləri olan Tural Əliyevin fitinin səsi Olimpiya Oyunlarından gələcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər