Turistlər Sumqayıt Bulvarından nə dedi? – VİDEOREPORTAJ

994

Regionun  ən böyük sənaye mərkəzlərindən biri olan Sumqayıt artıq perspektivli turizm şəhəri adlanmağa da iddialıdır. Qürurla fəhlə şəhəri dediyimiz Sumqayıtın maviXəzərin sahilində yerləşməsi, yeni dənizkənarı bulvarın salınması, infrastrukturun tamyenilənməsi bu hədəfin tezliklə reallaşacağından xəbər verir.
Xəzərin tam qoynunda bu şəraitin yaradıldığı ərazinin sahəsi 106 hektar, uzunluğu isə 4,2 kilometrdir. Yeni bulvar öz  gözəlliyi  ilə qısa zamanda həm yerli sakinlərin, həm də şəhərin çoxsaylı qonaqlarının qəlbini sözün əsil mənasında fəth edib.
Sevinəcək məqamlar isə çoxdur. Axı Sumqayıt bulvarı öz böyüklüyü ilə yanaşı,  çimərliyə birbaşa çıxışının olması ilə də fərqlənir və buna görə də onu Gürcüstanın  məşhur turizm şəhəri olan Batumiyə çox bənzədirlər. Digər cəhətləri isə gəlin Sumqayıtın çoxsaylı əcnəbi turistlərindən soruşaq.
Ərazi böyük olsa da, qısa zaman ərzində buranı qarış-qarış tanımaq üçün hər cür imkan yaradılıb. Bu da onlardan biri…
Faytonlardan savayı kiçik ölçülü gəzinti avtobusları, avtomobillər, velosipedlər də sahil boyu 3 metr enində xüsusi hərəkət zolağı ilə gəzmək, Xəzərin sehrinə dalmaq, şəhərin sayrışan işıqlarını seyr etmək və zövq almaq üçündür…
Bulvardaki əyləncələr bununla da bitmir. Kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, uşaqlar üçün əyləncə mərkəzləri və ən əsası qaranlıq düşər-düşməz  sayrışan müasir işıqlandırma sistemi
sanki deyir ki…”Canlanır hər qarış çöl Sumqayıtda…, xariqələr yaradır el Sumqayıtda”…
sumqayitxeber.com bulvardan hazırlanmış video reportajı təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər