Turistlərdən ən çox gəlir götürən şəhər

1662

Fins.az-ın məlumatına görə Meksikanın Kankun şəhəri turizmdən ən çox asılı olan şəhər seçilib. Turizm və Səyahətlər üzrə Ümumdünya Şurasının (“WTTC”) yaydığı məlumatına bildirilir ki,  Kankun şəhərinin turizmdən gəliri ÜDM-nin 49,6 faizini təşkil edir.Qeyd edək ki, Kankun 1972-ci ilə qədər adi kənd olub və sonra şəhəri məşhur kurorta çeviriblər. Şəhərə gedən turistlərin 63 faizi ABŞ vətəndaşlarıdır. “WTTC”nin siyasında 2-ci yerdə Mərakeş şəhəri qərarlaşıb. Bu şəhərin turizmdən gəliri ÜDM-nin 30,2 faizini təşkil edir. Mərakeşə gələn turistlərin təxminən 33 faizi Fransa vətəndaşlarıdır.Reytinqin 3-cü pilləsində Makao qərarlaşıb. Makaonun turizmdən gəliri ÜDM-nin 29,3 faizini təşkil edir.

İlk onluğa həmçinin ABŞ-ın Orlando şəhəri (ÜDM-nin 18,7 faizi), Türkiyənin Antalya şəhəri (ÜDM-nin 17,6 faizi), Venesiya, Dubrovnik, Dubay, Las-Veqas və Banqkok daxil olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər