Türk dövlətləri arasında əməkdaşlıq möhkəmlənir və əlaqələr sürətlə inkişaf edir

453

Noyabrın 11- də Səmərqənddə Türk Dövlətləri Təşkilatlarının 9- cu Zirvə görüşü Təşkilatın 2009- cu ildən üzü bəri böyük inkişaf yolu keçdiyini isbatlamaqla yanaşı, həm də siyasi – iqtisadi, sosial- mədəni perspektivdə yeni üfüqlər açdı.200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı böyük iqtisadi potensiala, zəngin enerji resurslarına, nəqliyyat yollarına, müasir, çevik hərbi imkanlara malikdir.

Türk dövlətləri böyük bir ailədir. Bir – birinin milli maraqlarını nəzərə almaqla və qarşılıqlı dəstək şəraitində fəaliyyət göstərirlər.Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri üzrə səmərəli əməkdaşlıq prosesi uğurla getməkdədir.Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, əlbəttə təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sferalarda da əməkdaşlığın yeni mərhələsinin formalaşması effektiv təsir göstərəcək.

Zirvə görüşünün müzakirə predmetləri: Azərbaycanın dövlət başçısı İlham Əliyevin diqqətə çatdırdığı tezislər və görüşün nəticələri bir daha Türk birliyinin labüd olduğunu göstərdi. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər biri ilə əlaqələrin bütün sahələrdə gücləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğunu göstərdi.Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsinə yönəlik layihələrə öz dəyərli tövhəsini verib.

Çıxışda söyləndiyi kimi, Türk dünyası təkcə müstəqil Türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.Elə bu aspektdən düşüncələrini bölüşən Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması kimi məsələləri artıq Təşkilat çərçivəsində, daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Gənc nəslin yaşadığı digər ölkələrdə məktəblərdə ana dilində təhsil hüququ önəmli şərtdir.Əfsuslar olsun ki, 40 milyon azərbaycanlının əksəriyyəti bu imkandan mərhumdur.Bu hal mütləq şəkildə Təşkilatın gündəliyinə salınmalıdır.Hər hansı təşkilat, çağdaş siyasi mühitin zərurətindən formalaşan beynəlxalq qurum real iş görərək, konkret qərar qəbul etmək  gücündə imicini qoruyub saxlayır və cəmiyyətə fayda verir.Qaldırılan məsələnin çözümü  tələb olunan problemin dərinliyi və onun həlli yolunda araşdırılan formula artıq öz – özlüyündə Təşkilat haqqında dolğun təəssürat yaradır.

Türk Dövlətləri Təşkilatında da dəyərli fikirlər səsləndirildi, aktual mövzulara işıq ttutuldu.Prezident İlham Əliyev milli – mənəvi dəyərlər və milli hüquqların qorunması ilə bağlı fikrini açıq şəkildə bildirdi. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənəmizi, mədəniyyətimizi qoruyub saxlamaq; azərbaycançılıq ideyalarına sadiq qalmaları, əlaqələrin kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.

Prezident İlham Əliyev Zirvə görüşündə həm də islamafobiyanın və türkofobiyanın Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil etdiyini bildirdi. İşğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır.Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib.Vaxtilə çiçəkıənən Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər bu faktı “Qafqazın  Xirosiması” adlandırırlar. Erməni işğalı zamanı 67 məsciddən 65- i yerlə – yeksan edilib, qalan iki məscid ciddi zərər görüb, onlardan donuz və inək saxlamaq üçün istifadə edilib. İşğal zamanı 1 milyondan çox mina basdırılmışdı. Müharibə bitdikdən sonra 270 – ə yaxın Azərbaycan vətəndaşı mina partlayışı zamanı həlak olub və ya ağır yaralanıb.

Vətən müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açıb. Quruculuq işlərində Türk dövlətlərinin də xüsusi tövhəsi olacaq. Azərbaycan – Özbəkistan dövlətləri arasında qardaşlığın təzahürü kimi Füzuli rayonunda Özbəkistan tərəfindən yeni məktəb tikiləcək.Qazaxıstan da öz növbəsində yaradıcılıq mərkəzi inşa etməyi planlaşdırır.

Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Şəksiz, Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Ümumilikdə götürsək, Prezident İlham Əliyevin hər beynəlxalq layihədə iştirakı, hər bir səfəri Azərbaycanın inkişaf strategiyasında yeni, fərəh dolu bir səhifə açılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin 9 – cu Səmərqənd  Zirvə görüşü də tarixi – siyasi, ideoloji – ictimai,  sosial – iqtisadi əhəmiyyəti ilə qürurvericidir.

 Gülnarə Cəmaləddin, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər