500 illik tarixi olan türk qəhvəsinin hazırlanması və təqdim edilməsinin türk mətbəxində xüsusi yeri var. Türklərin gündəlik həyatlarında daim istifadə etdikləri türk qəhvəsinin yararları və özəllikləri nədir?
Musavat.com Türk qəhvəsi haqqında maraqlı məlumatları təqdim edir.
Türkiyədə heç vaxt yetişməyən bir məhsulun bu cür hazırlanması çox maraqlıdır. Gündə 1 fincan türk qəhvəsi içmək bütün növ xərçəng xəstəliyinin qarşısını alır. Türk qəhvəsinin tərkibi antioksidanlarla (A,C,E vitaminləri) zəngindir.
Antioksidan deposudur.
Səhər saatlarında bir fincan şəkərsiz türk qəhvəsi içmək zehni funksiyaları artıraraq, konsentrasiya qabiliyyətini və yaddaş gücünü artırır. Beynin qan dövranını yaxşılaşdırır.
Türkiyənin Atina Universitetində aparılan araşdırmalara görə, davamlı olaraq hər gün türk qəhvəsi içən insanların ömrü daha uzun olur. Daha bir araşdırma əsasında qəhvənin alzqeymer xəstəliyinin qarşısını aldığı məlum olub. Qeyd edək ki, alzqeymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir.
Konsantrasyonu güçlendirir.
Almaniya alimlərinin araşdırmalarına görə isə gündə 600 milliqram qəhvə TİP-2 diabet xəstəliyinə yoluxmanın qarşısını 23 faiz alır. Qeyd edək ki, TİP- 2 diabet xəstəliyi daha çox 40 yaşdan yuxarı insanlarda rast gəlinən bir diabet xəstəliyi növüdür.
Gündə 3 fincan qəhvə içmək böyrəkdə əmələ gələn daşların da qarşını ala bilir. Qaraciyərin yağlanmasını və iltihabını da azaldır. Davamlı qəhvə içmək nəfəs borularını gümrah saxlamaqla yanaşı, ağız qoxusunu da əngəlləyir. Qəhvənin davamlı şəkildə içilməsi astma xəstəliyinin riskini də azaldır.
Alzheimer hastalıÄını önler.
Türklər üçün qəhvənin bir çox özəllikləri var. Bir çox insan inanmasa belə, Türkiyədə qəhvə ilə fala baxmaq adət halını alıb. Qəhvə Türkiyədə elçilik rituallarının da vazkeçilməz bir parçasıdır. Közdə, ocaqda və qumda bişirilən qəhvə çox asan şəkildə hazır olur.
Türklərin qəhvənin yanına qoyduğu suyun da özəl tarixi anlamı var. Osmanlı dönəmindən qalan bu adət indi də davam edir. O dövrlərdə evə gələn qonağa ilk olaraq qəhvə gətirilərək, yanına da bir stəkan su qoyularmış. Əgər qonaq ilk öncə suyu içərdisə, bu, onun ac olduğu anlamına gəlirdi. Dərhal süfrə qurulardı, yeməklər hazırlanardı. Yox əgər ilk olaraq qəhvəni içərdisə, demək ki, qonaq toxdur və sadəcə, söhbət edərdilər.
Qeyd edək ki, Osmanlı İmperatorluğunun qəhvə ilə tanışlığı 16-cı əsrə dayanır. Bir iddiaya görə, qəhvə Türkiyəyə – İstanbula ilk dəfə 1554-cü ildə iki suriyalı tacir tərəfindən gətirilib. Digər iddiaya götə isə 1517-ci ildə qanuni Sultan Süleymanın Yəmən valisi Özdemir Paşa ləzzətinə heyran qaldığı qəhvəni İstanbula gətirib.
Onu da bildirək ki, 2013-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında türk qəhvəsi Türkiyənin müraciəti əsasında Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ siyahısına salınıb.