Türk və rus ordusu birgə hücuma keçir – ABŞ-a GÖZLƏNİLMƏZ ZƏRBƏ

1822

PKK-nın Suriya qolu PYD/YPG-yə qarşı hər an əməliyyat başlaya bilər.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin razılaşdığı və terror təşkilatına qarşı birgə əməliyyat keçirəcəyi haqda məlumatlar var.

Ötən həftə Türkiyə müdafiə naziri Hulusi Akar və MİT şefi Hakan Fidan Rusiyada Putinlə görüşərək müzakirələr aparıblar.

Bu görüşdən sonra PKK daxilində təşviş yaranıb. Terror təşkilatının rəhbərlərindən olan Mustafa Karasu Rusiya və Türkiyənin YPG-yə birhə hücum etməklə bağlı razılığa gəldiklərini deyib.

Bununla yanaşı, Rusiya və Türkiyə arasında Münbiçlə bağlı də planlar qurulur.

Türkiyə və Rusiya ordusunun terrorçulara qarşı birgə əməliyyatlarından ən çox narahat ola tərəf isə ABŞ-dır. Çünki Amerika Suriyada PYD/YPG terrorçuları açıq şəkildə dəstəkləyir və onlar üzərindən bölgəyə dair planlar qurur. Lakin Ankara və Moskvanın eyni hədəf üzərində birləşməsi Vaşinqtonun işini çətinləşdirəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər