Türkiyə lirəsi dəyər itirməyə davam edir

542

Türkiyənin milli valyutası bu gün səhər saatlarında bir qədər də ucuzlaşaraq tarixi minimuma enib. Hazırda bir dolların məzənnəsi 23,3 – 23,4 lirə arasında dəyişir.

Haberturk telekanalına istinadla xəbər verir ki, yerli iqtisadçılar Türkiyə lirəsinin 7,5 faiz ucuzlaşdığı çərşənbə gününü milli valyuta üçün son 1,5 ilin ən pis günü adlandırıb. İyunun 7-də milli valyutanın dəyəri bir dollara nisbətdə 23,5 lirəyə qədər ensə də, hərraclar 23,3 lirə səviyyəsində bağlanmışdı.

Türkiyə valyutası iyunun 5-dən başlayaraq kəskin dəyər itirməkdədir. Analitiklər bunu Mərkəzi Bankın seçkilərdən öncə etdiyinin əksinə olaraq, maliyyə və fond bazarında intervensiya aparmaması ilə əlaqələndirirlər. Prezident seçkilərinə qədər İstanbul birjasında keçirilən sonuncu hərrac günündə türk lirəsinin məzənnəsi bir dollara nisbətdə 19,6 lirə təşkil edirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər