Türkiyə zəlzələsini qabaqcadan bilmişdi – Daha hansı ölkələrdə ola bilər?

1392

Zəlzələ proqnozları doğru çıxan məşhur seysmoloq Frank Huqerbitsin hələ aylar əvvəl Türkiyədə zəlzələ olacağını dediyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, 2019-cu ildə 6 baldan yuxarı təkanların baş verəcəyi ölkələri açıqlayan alimin təxminləri doğru çıxıb. Belə ki, Huqerbitsin əvvəlcədən xəbər verdiyi kimi, ötən ay Kaliforniyada 6,4 bal gücündə zəlzələ olmuşdu. 7-8 bal arasında yenidən təkanlar olacağını bildirən Frank bu dəfə də yanılmamışdı. Kaliforniya 7,1 balla yenidən silkələnmişdi.

Frank seysmik aktivliyin artdığı bölgələri qeyd edərək Sakit okean zolağında uzun müddətdir şiddətli zəlzələlərin baş vermədiyini və bu səbəbdən bu il aktivliyin arta biləcəyini qeyd etmişdi.

Aralıq dənizi sahillərində 4,5 bal gücündə zəlzələdən sonra isə seysmoloq Türkiyənin Egey dənizi sahilləri, Yunanıstan və İtaliyada risk daşıdığını bildirmişdi.

Huqerbits uzun müddətdir zəlzələnin müşahidə olunmadığı Portuqaliya, İspaniya və Mərakeşdə hər an şiddətli təkanların meydana gələcəyini də proqnozlaşdırıb.

Qeyd edək ki, bu gün Türkiyənin Dənizli şəhərində 6 bal gücündə zəlzələ olub. Təkanlar nəticəsində yollarda və yaşayış evlərində dağıntılar meydana gəlib. Zəlzələ Aydın, Antalya, İzmir, Muğla, Burdur, Uşaq və İsparta şəhərlərində hiss edilib.



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər