Türkiyənin Van bölgəsində yenə qar uçqunu baş verib.
“Qafqazinfo”nun “hurriyet”ə istinadən xəbərinə görə, ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə qrupları (UMKE) və digər xilasetmə briqadası təbii fəlakətlə üzləşib.
Rayonun bələdiyyə sədri Meki Arvas bildirib ki, əraziyə 300 xilasedici cəlb edilib. Bu zaman orada baş vermiş qar uçqunu nəticəsində 50 nəfər və 5 avtomobil qalıb. 25 nəfər sağ çıxarılıb.
***
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan da qar uçqunu altında qalanlar arasında olub. O, yaralı olaraq xilas edilərək xəstəxanaya yerləşdirilib.
Gülşən Orxan
***
Daxili İşlər naziri Süleyman Soylu hadisə nəticəsində 8 nəfərin vəfat etdiyini açıqlayıb.