Respublika daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfəri odlu silahla qətlə yetirdiyinə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğuna görə Türkiyə Respublikasının daxili işlər orqanları tərəfindən axtarışda olan Sarıbaş Mehmet Erdal Sumqayıt şəhəri ərazisində yaxalanıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müəyyən edilib ki, o, özünü Türkiyə vətəndaşı Ölməz Mustafa Zəkəriyyə kimi təqdim edərək saxta sənədlərlə Sumqayıt şəhərində yaşayıb və burada ailə qurub.
Sarıbaş Mehmet Erdal ilkin dindirmə zamanı törətdiyi cinayətləri – 2001-ci ildə Türkiyənin Kilis şəhərində odlu silahdan istifadə etməklə iki nəfəri qətlə yetirdiyini və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu tam etiraf edib.
Hazırda onun ölkəsinə ekstradisiyası üçün müvafiq tədbirlər görülür.