“Azərbaycan gözəli — 2016” müsabiqəsinin qalibi Günel Ağayeva məşhur brendin geyimlərini təqdim etməyə başlayıb.
BAKU.WS-in məlumatına görə, Günel Ağayeva Türkiyənin məşhur evlilik verilişindən sonra məşhur brendin simasına çevrilib.
O, artıq tanınmış brendin reklam çarxında da çəkilib.
Məlumat üçün bildirək ki, Günel Ağayeva hazırda Türkiyədə teatr sənəti üzrə təhsil alır.
Model bir müddət əvvəl türkiyəli müğənni Sərdar Sayğılının “Qara tren” klipinə də yer almışdı.