Türkiyədə Asım Türkel və Ferruh Dimen adlı iki əsgər şaxtadan dünyasını dəyişib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən məlumatına görə, onlar gecə saatlarında Tunceli bölgəsində PKK terror təşkilatına qarşı aparılan əməliyyat zamanı havanın şaxtalı olması səbəbindən donublar.
Əsgərlər xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.
Tunceli Prokurorluğunda faktla bağlı istintaq başlanıb.