“Türkiyədə qaz yatağının tapılmasının imkanları və riskləri”- Kənan Aslanlı şərh edir

2024

İqtisadçı Kənan Aslanlı Türkiyə tarixində ən böyük təbii qaz yatağının kəşf edilməsini şərh edib.

K.Aslanlı Türkiyənin “Fatih” axtarış və qazma gəmisi tərəfindən Qara dənizdə “Sakarya” qaz sahəsinin Tuna-1 quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edilməsi ilə bağlı imkanlar və risklərə toxunub:

İmkanlar:
1. Tuna-1 lokasyonundan illik ortalama 10 milyard kubmetr hasilatın olacağı və Türkiyənin illik qaz ehtiyacının ortalama 50 milyard kubmetr səviyyəsində sabit qalacağı təqdirdə illik ehtiyacın 20%-i potensial olaraq buradan qarşılana bilər.
2. Bloomberg ötən il Türkiyənin enerji idxalına 41 milyard dollar vəsait xərclədiyini açıqlayıb. Sadəcə təbii qaz idxalı üçün isə 12 milyard dollar xərclənib. Yerli istehsal bu vəsaitin ən azı bir hissəsinin ölkədə qalmasına və ticarət balansının enerji ixracatçısı ölkələr ilə nisbətən yaxşılaşmasına imkan verə bilər.
3. Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) təkbaşına və ya bəlkə də xarici neft-qaz şirkətləri ilə birgə konsorsiyum şəklində ( TPAO-nun dərin laylardan hasilat təcrübəsi ilə bağlı fərqli fikirlər var) Türkiyənin dəniz sektorlarında hasilat təcürbəsini və beynəlxalq əməkdaşlığını genişləndirə bilər. Bu təcrübə Aralıq dənizində də fayda verə bilər.

Risklər:
1. 320 milyard kubmetr Avropanın 3.4 trilyon kubmetr səviyyəsində təsbit edilmiş qaz rezervlərinin (proved gas reserves) təqribən 10%-nə bərabərdir. Rezervlərin təsnifatında istifadə edilən “3P” prinsipi kommersiya səmərəliliyi və rezervlərin həcminin nə dərəcədə dəqiq qiymətləndirilməsinə görə ehtiyatları 3 kateqoriyaya ayırır: “proved reserves” – 90% çıxarılma ehtimalı; “probable reserves” – 50% çıxarılma ehtimalı; “possible reserves” – 10% çıxarılma ehtimalı. Bu baxımdan, ilkin rezervlərin nə qədər açıqlanmasından daha çox, kommersiya və tekniki baxımdan bunun nə qədərinin faktiki çıxarılacağı önəmlidir.
2. Açıqlanan ehtiyatın daha böyük bir qaz rezervuarının (800 milyard kubmetrə qədər) bir hissəsi olduğu deyilir. Bu sahə Rumıniyanın təbii qaz tapdığı sektora yaxın olduğundan, bir ehtimala görə söhbət böyük ortaq bir qaz yatağından da gedə bilər. Bənzər bir ortaq yataq İran və Qətər arasında dünyanın ən böyük yataqlarından hesab edilən South Pars/North Dome birləşmiş qaz strukturudur. Böyük bir konflikt olmasa belə ortaq yatağın istismarı adətən qarşılıqlı ittihamlar və iddialar ilə müşahidə olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər