Türkiyədə təhsil alan sumqayıtlı tələbənin tələbə.az saytına müsahibəsi

1171

aziyyadin2Burada vəzifəli şəxsin övladı və ya qohumu olmaq yalnız gündəlik xərcdə işə yarıyır, qiymət yazılmasında yox…

telebe.az – ın Türkiyənin Orta Doğu Texniki Universitetinin tələbəsi Ziyəddin Məmmədovla müsahibəsi- Türkiyədə hansı proqram əsasında təhsil alırsan və bundan öncə harada təhsil almısan?

– YÖK- ün ( Yüksek Öğretim Kurulu ) keçirdiyi YÖS ( Yabancı Öğrenci Sınavı ) imtahanı ilə Türkiyənin Orta Doğu Texniki Universitetində təhsil alıram. Bura qəbul olmamışdan öncə Sumqayıtdakı Özəl Türk Liseyini bitirmişəm.– Niyə məhz Türkiyə?

– Türkiyəni seçməyimə gəldikdə Türkiyənin qardaş ölkə olması və türk xalqının mədəniyyətinin, adət-ənənələrinin bizimki ilə çox yaxın olması, görünür, bu məsələdə həlledici rol oynayıb. Heç şübhəsiz ki, bunda türk liseyində təhsil almağımın da müəyyən rolu olub.– Azərbaycanlı tələbələrə orada münasibət necədir?

– Burada təkcə azərbaycanlılara yox, bütün xarici tələbələrə münasibət yaxşıdır. Amma təbii ki, az öncə vurğuladığım kimi iki ölkənin mədəniyyətlərinin, adət-ənənələrinin, milli dəyərlərinin, dilinin yaxınlığı da bu münasibətdə özünü biruzə verir. Mənə düşünürəm ki, azərbaycanlı tələbələrə münasibət daha istidir. Elə bundan irəli gəlir ki, türk tələbələr azərbaycanlı tələbələrlə daha tez və səmimi münasibət qururlar.– Əgər tələbə hansısa vəzifəli şəxsin övladı və ya qohumudursa, bu özünü onun universitet həyatında necə göstərir?

– Men hələ elə bir halla qarşılaşmamışam ki, kiməsə hansısa vəzifəli şəxsin qohumu olduğu üçün müəllimlər tərəfindən hörmət olunsun. Burada kiminsə pul ilə qiymət yazdırması absurd görünür. Ən azından mən indiyədək, burada təhsil aldığım 3 il ərzində belə bir hadisə ilə qarşılaşmamışam.– Gündəlik nə qədər xərcin çıxır?

– Bu tələbənin özündən çox asılıdır. Bax, vəzifəli şəxsin övladı və ya qohumu olmaq yalnız burda köməyə çata bilər, yəni maddi baxımdan. Amma gündəlik mütəmadi olaraq 5–6 manat xərcləmək qaçılmazdır.– Bizim pulla orada dönəri neçəyə başa gəlir))?

– 3 manat.
– Türkiyəli müəllimlə azərbaycanlı müəllimin fərqini nədə görürsən?- Təbii ki, başlıca fərq məvacibdədir. Burada repetitor müəllim görməmişəm. Buna nə müəllimin, nə də tələbənin ehtiyacı yoxdur. Daha çox 2-ci, 3-cü kurs tələbələri repetitorluq elanı verirlər. Küçələrdə bu cür elanlara çox rast gəlmək olur.– Türkiyədə həm təhsil alıb, həm də işləmək mümkündürmü?

– Bildiyim qədər qanuni olaraq işləmək mümkün deyil. Çünki bura tələbə vizası ilə gəlmişik. Amma kiçik kafelərdə “part time” – ofisiant kimi işləmək olar. Buna isə çox vaxt qalmır. Yəni dərsləri normal şəkildə davam etdirmək istəyirsənsə, ikinciyə çətin ki, vaxt ayıra biləsən.– Təşəkkür edirəm, Ziyəddin.

– Əsl, mən sizə təşəkkür edirəm.Aytən Güləliyeva

/Telebe.Az/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər