Türkiyəli müğənnilərin Azərbaycanda "Toy bazarı" - Şok qiymətlər

1238

Türk estradasının məşhur simalarının Azərbaycan toylarında iştirakı ənənə halını alıb. Aydın məsələdir ki, onların ölkəmizə gəlişi toy sahibləri üçün elə də ucuz başa gəlmir. Bunun üçün ev sahibləri külli miqdarda pul xərcləyirlər ki, bu da, zaman-zaman mətbuatda və ictimaiyyətdə gündəmə çevrilir.

Bəs görəsən, türkiyəli məşhurların Azərbaycan toylarında oxuması üçün nə qədər vəsait tələb olunur?

Yenicag.az məsələ ilə bağlı araşdırma aparıb, bir sıra təşkilatçılar arasında sorğu keçirib. Sorğunun nəticəsinə əsasən, bəlli olub ki, Azərbaycan toylarına ən baha qiymətə gələn Tarkandır. Meqastarın ölkəmizə təşrif buyurması üçün nə az, nə çox düz yarım milyon dollar tələb olunur ki, bu da nadir hallarda qeydə alınır. İkinci sırada isə ötən günlərdə paytaxtımızın qonağı olan, Heydər Əliyev sarayında konsert verən Ajda Pekkandır. Superstarı toya dəvət etmək istəyən şəxs 200 min dollarından keçməlidir. Üçüncü və dördüncü yerləri isə Murad Bozla Hadisə tutur. “O səs Türkiyə”nin münsifləri Azərbaycanda toya 120 min dollara gəlirlər. Maraq üçün onu da bildirək ki, Murad Boz ötən həftə Bakıdakı toyların birində iştirak edib. İddialara görə, o toya 400 min dollara gəlib. Ancaq əldə etdiyimiz məlumata görə, yayılan xəbər həqiqəti əks etdirmir. Onu da öyrəndik ki, Azərbaycana ən ucuz qiymətə toya gələn sənətçi Ebru Yaşardır. Onun toyda oxumasını istəyən şəxs 15 min dollarından keçməlidir.

Qeyd edək ki, türk sənətçiləri içərisində toya getməyənlər də var. Bunlar Özcan Dəniz və Mahsun Kırmızıgüldür.

Digər məşhur türk müğənnilərinin Azərbaycan toyları üçün qiymətləri aşağıdakı kimidir:

Sərdar Ortaç – 80 min dollar
Mustafa Ceceli – 60 min dollar
Fərhad Göçər – 50 min dollar
Zərrin Özər – 40 min dollar
Kibariyə – 40 min dollar
Alişan – 35 min dollar
Ebru Yaşar – 15 min dollar

Cəvahir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər