Türkiyəli tanınmış məşqçi sumqayıtlı futbolçular haqda nə dedi?

890

Bildiyiniz kimi,  son vaxtlar  “Sumqayıt” futbol klubunun üzvləri Orxan Əliyev,  Ruslan Nəsirli və Şamil Camaləddinovun Türkiyənin “Trabzonspor”  klubunun maraq dairəsində olduğu yönündə xəbərlər yayılıb.  Hətta qardaş ölkə klubunun rəsmisi Özkan Sümərin “Sumqayıt” klubuna məsələ ilə bağlı faks ünvanladığı da dolaşan xəbərlər arasındadır.  Amma deyəsən,  bütün bunlar heç də həqiqəti əks etdirmir.   Xatırlayırsınızsa, bir müddət əvvəl “Trabzonspor”a yaxınlığı ilə bilinən menecer Sərcan Dəmirbağ saytımıza eksklüziv açıqlamasında sözügedən futbolçuların “Trabzonspor”un transfer siyahısında olmadığını bildirmişdi.  Futbolçularımızın “bordo-mavililər”in gündəmində olmadığını aşkara çıxaran daha bir məqam isə “Trabzonspor”un baş məşqçisi Şenol Günəşin söylədikləri oldu.  Belə ki,  sportinfo.az saytına açıqlama verən terkiyəli mütəxəssis həmin oyunçuları tanımadığını və adıçəkilən futbolçuların gündəmlərində  olmadığını qeyd edib: : “Orxan, Ruslan, Şamil ? Mən bu futbolçuların heç birini tanımıram. Ümumiyyətlə,  onlardan xəbərim yoxdur və adlarını ilk dəfə sizdən eşidirəm”.

Xatırladaq ki,  bir müddət əvvəl “Sumqayıt” klubundan  sözügedən futbolçuların ayın 22-dən etibarən bir həftə ərzində “Trabzonspor”da baxışda olacağı yönündə rəsmi aşıqlama verilmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər