Avqust ayı olmasına baxmayaraq, Türkiyənin Qars bölgəsi artıq ağ örpəyə bürünüb.
Oxu.Az “Milliyət” qəzetinə istinadla xəbər verir ki, qar Qars-Kağızman magistralında hərəkəti çətinləşdirib.
Məlumatlara görə, havanın temperaturu 7 dərəcəyə qədər düşüb. On dəqiqə davam edən qar sürücülərə çətin anlar yaşadıb.