Türkmənistanın mediadan gizlədilən birinci ledisi – Onun fotosu ilk dəfə YAYIMLANDI

499

28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı bir sıra maqalı məqamlarla yadda qaldı.

Modern.az-ın məlumatına görə, belə maraqlı məqamlardan biri Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun xanımının fotosunun ilk dəfə mətbuatda yayımlanması oldu. Belə ki, 11 fevral 2007-ci il tarixindən indiyə kimi prezident postunu tutan Qurbanqulu Berdiməhəmmədov bu 15 il ərzində həyat yoldaşını nə rəsmi tədbirlərə və xarici səfərlərə aparmışdı, nə də 1-ci ledinin şəklinin mətbuatda yayımlanmasına icazə vermişdi.

Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı Türkmənistanın birinci ledisi ilə bağlı məhdud informasiyalardan birinə son qoydu.

Türkmənistanın birinci xanımı Oğulgerek Berdiməhəmmədovanın forosunun yayımlanmasına görə isə media Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana minnətdar ola bilər.

Məhz Əminə Ərdoğan Tvitter hesabında Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və xanımı Oğulgerek Berdiməhəmmədova ilə birgə fotosunu paylaşaraq, onlara türkmən qonaqpərvərliyinə görə təşəkkürünü bildirib.

Ə.Ərdoğan “Aşqabad səfərimiz zamanı bizə ənənəvi türkmən qonaqpərvərliyini göstərən Türkmənistan prezidenti Berdiməhəmmədova və onun dəyərli həyat yoldaşı Oğulgerek xanıma təşəkkürümü bildirirəm” deyə sosial şəbəkədə yazıb.

Foto Rəcəb Tayyib Ərdoğan, Əminə Ərdoğan, Qurbanqulu Berdiməhəmmədov və Oğulgerek Berdiməhəmmədovanın birgə rəsmi naharından sonra çəkilib.

Qeyd edək ki, Türkmənistan barədə qapalı ölkə imici formalaşdıran prezident Qurbanqulu Berdiməhəmmədov sayəsində ölkənin birinci ledisi barədə də çox məhdud informasiya var.

Türkmənistanda mətbuata prezidentin ailəsi barədə hər hansı məlumat vermək qadağan olunub. Türkmənlər özləri də bu barədə danışmağa ehtiyat edirlər. Ümumiyyətlə, Türkmənistanda Berdiməhəmmədovun ailəsi haqqında çox adam çox şey bilmir. Bilənlər isə bu barədə danışmaq istəmirlər.

Məlum olan odur ki, Qurbanqulu Berdiməhəmmədov ailəlidir, 2 qızı və bir oğlu var – Gülcahan, Gülşən və Sərdar.

Prezidentin böyük qızı Gülcahan Berdiməhəmmədova karbohidrogen ehtiyatlarının istifadəsi üzrə türkmən dövlət agentliyinin Avropa təmsilçisi Yaşgəldi Amanovla evlidir. Berdıməhəmmədovun böyük qızı və kürəkəni hazırda Londonda yaşayırlar. Kürəkən Yaşgəldi Amanov türkmən agentliyinin Londonda yerləşən ofisində çalışır.

Prezident Q.Berdıməhəmmədovun digər qızı Gülşən Berdiməhəmmədov isə Parisdə yaşayır. O, Türkəmənistanın Fransadakı səfirliyində çalışan diplomatla evlidir.

Prezidentin oğlu Sərdar Berdıməhəmmədov hazırda baş nazirin müavini vəzifəsində çalışır.

A.Qorxmaz

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər