“Qafqazinfo” xəbər verir ki, hadisə martın 6-da Ceyranbatan qəsəbəsində baş verib. Hazırlıqdan çıxan 11-ci sinif şagirdləri yolu keçən zaman “BMV” markalı avtomobil tərəfindən vurulub. Şagirdlərin 1№-li tam orta məktəbdə təhsil aldıqları bildirilib.
Məsələylə bağlı məktəbin direktoru Çinarə Atayeva ilə əlaqə saxladıq. Hadisəni təsdiq edən direktor şagirdlərin vəziyyətinin hazırda qənaətbəxş olduğunu deyib:
“Bir neçə sayt yazıb ki, hadisə şagirdlər dərsdən çıxan zaman baş verib. Bu, yanlışdır. Qəza 19:40 radələrində baş verib və bu zaman şagirdlərimiz hazırlıqdan çıxırlar. Yaralanan 3 gəncdən Aygün Rufullayeva və Nəzrin Canbirova ayağından xəsarət alıb. Xədicə Məmmədzadə isə başından travma alıb və tomoqrafiya olunacaq”.