Üçüncü dozanın tətbiqi vacibdir – RƏY

693

“Koronavirus pandemiyası dövründə Azərbaycanı qonşu ölkələrlə müqayisə etdikdə, burada vəziyyətin ürəkaçan olduğunu deyə bilərik”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti koronavirusa qarşı çox uğurlu siyasət həyata keçirir və effektiv addımlar atır.

C.Məmmədov Azərbaycanda vaksinasiya prosesinin tez bir zamanda gerçəkləşdirildiyini bildirib.

“Dövlət xaricdən vaksinlərin idxalını həyata keçirir. Eyni zamanda dövlət koronavirusa yoluxan insanların müalicəsini də öz üzərinə götürür”, – deyə o əlavə edib.

Parlamentari koronavirusa qarşı üçüncü doza vaksinin tətbiqi məsələsinə də toxunub:

“Bir sıra ölkələrdə vaksinasiya prosesində problemlər yaranır. Azərbaycanda isə bu sahədə demək olar ki, problem yoxdur. Artıq üçüncü doza vaksinin tətbiqindən söhbət gedir və güman edirəm ki, bu, vacibdir. Vətəndaşlar da çalışmalıdır ki, maksimum dərəcədə özlərini qorusunlar”.

Bu gün dünya ölkələrində, eləcə də regionda COVID-19 virusuna yoluxma hallarında kəskin artımlar müşahidə edilir. Belə ki, COVID-19 virusunun “Delta” ştammı ilə müqayisədə yoluxuculuğu daha yüksək olan “AY.4.2” yayılmağa başlayıb.

Qeyd edək ki, Türkiyədə gündəlik yoluxma sayı 26 mini keçib.

Gürcüstanda son sutka ərzində yoluxma sayı 4 009, ölənlərin sayı 45, İranda yoluxanların sayı 11 mindən çox, vəfat edənlərin sayı isə 159 nəfəri keçib. Azərbaycanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 420 nəfər, ölənlərin sayı isə 29 olub.

Müqayisədə bu göstəricilər kifayət qədər yaxşıdır və buna səbəb ölkəmizdə zamanında pandemiya ilə bağlı düzgün mübarizə üsullarının seçilməsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər