Uhanın ən məşhur idmançısı “virusdan qorxmuram” dedi və… – Şok

2059

12 milyonluq Uhan şəhərində idmançılar arasında populyarlığı ilə seçilən 72 yaşlı Qiu Jun koronavirusə qarşı maska taxmaqdan imtina edib. Virusa yoluxan yaşlı idmançı fevralın 6-da vəfat edib.

Teleqraf.com xəbər verir ki, 2003-cü ildə 56 yaşına təqaüdə çıxan Jun sonradan kulturizm idman növü ilə məşğul olmağa başlayıb.

Şəhərdə məşhur olan Jun ona baş çəkən ailə üzvlərinin virusa qarşı maska taxması və ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmaması haqda məsləhətlərinə qulaq asmayıb.

Az sonra hərarəti qalxan idmançı xəstəxanaya aparılıb və test nəticəsində koronavirusa yoluxduğu müəyyən edilib.

Bir müddət müşahidə altında qalan 72 yaşlı idmançı fevralın 6-da vəfat edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər