Ukrayna Baş Qərargahı: “Qara dəniz bölgəsində “Bayraktar”dan istifadə edirik”

843

“Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rudnya (Belarus) – Vystupoviçi (Ukrayna) istiqamətində düşmən iki tank, zirehli transportyor və texnikanın qüvvəsi ilə dövlət sərhədini keçməyə cəhd edib.

Döyüş nəticəsində düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib.

Putivl bölgəsində düşmən tanklarının hücumu dayandırılıb.

Vışqorod səmasında KA-52 helikopteri vurulub.

Geniçesk, Skadovsk, Çaplinka şəhərləri yaxınlığında döyüşlər gedir. Birlikdə qazanacağıq!”, – məlumatda qeyd olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər