Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Sumqayıtda olub. Şəhər icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, səfir Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşdə qardaşlaşmış Sumqayıt və Çerkassı şəhərlərinin əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur. Eldar Əzizov Çerkassının merini Sumqayıta, sentyabrın 26-da keçiriləcək şəhər gününə dəvət etmişdir. Həmin gün A.Mişşenko ADRNŞ-in “Azərkimya” İstehsalat Birliyində olmuşdur. Burada o, müəssisənin müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev ilə görüşmüşdür. Ətrabə Rzayeva, AzərTac