Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar bu gün Azərbaycana ikigünlük səfərə gələcək.
Ukraynanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, nazir müavini dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edəcək.
Dekabrın 15-də isə V.Bodnar Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə birlikdə Taras Şevçenkonun abidəsi önünə çiçək qoyacaq, Ukrayna Azərbaycan Konqresinin üzvləri və Sumqayıt şəhərindəki İ.Frankov adına Ukraynanın icmasının nümayəndələri ilə görüşəcək.