Ukraynanın şimalında yerləşən Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında hərbi anbarda baş verən partlayışla əlaqədar 20 min nəfər təxliyə edilib.
Report UNİAN agentliyinə istinadən xəbər verir ki, hadisə yerinin 16 kilometrliyində yerləşən 30 yaşayış məntəqəsinin sakinləri köçürülüb.
Bundan başqa, Çerniqov vilayətində 20 km radiusunda hava məkanın bağlanıb, bölgə istiqamətində qatarların və avtomobillərin hərəkəti dayandırılıb.
Anbarın yerləşdiyi sahə 680 ha-dır.
09:53
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, Ukraynanın Çerniqov vilayətindəki silah anbarında partlayış baş verib.
Bu barədə məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb. Məlumatda bildirilir ki, Kiyevdən 176 km məsafədə baş verən partlayış nəticəsində xəsarət alan yoxdur.
Hazırda yaxınlıqda yaşayan sakinlər evakuasiya edilir.