Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Sumqayıtda möhtəşəm konsert keçirilib

3420

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Sumqayıt şəhərində möhtəşəm konsert və atəşfəşanlıq keçirilib.

Sumqayıt Dövlət Dram Teatrının qarşısındakı meydanda keçirilən yubiley tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və on minlərlə şəhər sakini iştirak edib.

Konsert proqramı Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Vurğulanıb ki, tarixdə heç vaxt bugünkü qədər güclü olmayan müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Onun zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvədidir.

Konsert proqramında Azərbaycan Respublikasının xalq artistləri –Faiq Ağayev, Tünzalə Ağayeva, Mir Yusif, Ağadadaş Ağayev, Gülyanaq Məmmədova, Məleykə Əsədova və digər tanınmış müğənnilər iştirak edib.

Konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər