Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirilib

995

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Sumqayıt şəhərində ağacəkmə aksiyasına başlanılıb. Aksiyada Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni yaşıllıq zolaqlarının və parkların salınmasına xüsusi diqqət yetirilib, bu sahədə çox mühüm addımlar atılıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi bunun bariz nümunəsidir.

Aksiya çərçivəsində şəhərin bulvar ərazisində və Sülh prospektində ümumilikdə 2000 ədəd zeytun ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər