“Universitetdə oxuyan zaman Oruc Qurbanov Sumqayıt Dram Teatrına məni Kleopatra roluna dəvət etdi”

1223

Əməkdar artist Mətanət Atakişiyevanın Milli.Az-a müsahibəsi.

– Mətanət xanım, keçən il sənət həyatınızda nə kimi yeniliklərlə yadda qaldı?

– Son 2 il teatr həyatım məhsuldar olub. Mən həmişə demişəm ki, sırf teatr aktrisasıyam. Keçən il “Xanuma” tamaşasında əsas rollardan biri olan Kobato rolunu oynadım. Mən daha çox faciəvi rollar oynamışam, həmişə komik rol oynamaq istəyirdim. Bəhram Osmanovun hazırladığı “Xəcalət” tamaşasında isə Fərqanə rolunu oynamışam. Bu qadın vaxtilə ziyalı bir qadın olur, gözəl evləri-eşikləri olur. Amma öz torpaqlarından, evlərindən didərgin düşüb çox pis şəraitdə yaşayırlar. Bu tamaşa ilə keçən il “Yaddan çıxmaz Qarabağ” devizi altında bütün Azərbaycanı gəzdik. Yaltada isə bu tamaşa ilə ən yüksək mükafata layiq görüldük. Sonra isə Serbiyaya gedib tamaşanı Avropa səhnəsində oynadıq.

Mən, ümumiyyətlə, xoşlayıram ki, tərəf  müqabillərim güclü insanlar olsunlar. Tamaşada Nurəddin Mehdixanlı, Ramiz Novruz ilə tərəf müqabili idim. Tamaşaya qoyulan “Hekayəti vəziri xani Lənkəran” da isə Pəri xanımı oynamışam. Təsadüfən Mirzə Fətəli Axundovun həyatından çəkilən “Sübhün səfiri” filmində də bu rola dəvət olundum. Mən bu rolu həm teatrda, həm də filmdə oynadığıma görə çox sevindim. Mövsümün son ayı isə “Gəncə qapıları” tamaşasını təhvil verdik. Burada  isə Cavad xanın həyat yoldaşı Şükufə xanım rolunu oynayıram. Şükufə xanım çox ağıllı, həyat yoldaşına yol göstərən bir qadındır.

– “Şekspir” tamaşasında Sara Bernar rolunu oynayan zaman gözəl bir söz işlətdiniz ki, Cülyetta rolunu həyatda olduğu kimi yox, xəyallarda olduğu kimi oynamaq lazımdır. Sizin xəyallarınızda olan rol hansıdır?

– Əslində, bu tamaşadakı rol Sara Bernar yox, ruhi xəstə olan bir qadındır. Həyatda onlar xoşbəxt olmayan insanlardır. Amma o qədər məntiqli danışırlar ki, həkim belə onlara həsəd aparır. Biz də çalışdıq ki, bu rolları tam ruhi xəstə kimi göstərməyək. Bu qadının qəlbində o qədər Cülyettaya bağlılıq var ki, o, bu rolu oynamaq istəyir. Bunlar öz həyatlarında yaşayan insanlardır. Hər bir aktrisanın arzuladığı rol var, o, əsasən, yaş həddi ilə bağlıdır. Mən çox istərdim ki, tarixi qadın qəhrəmanlarını oynayım. İyrənc, mənfi, xarakterik qadın rollarını çox sevirəm. Onu da deyim ki, mənə verilən hər bir rola öz baxımımdan yanaşıram. Məsələn, Ledi Maqbet rolunu oynamaq istərdim…

– Sara Bernar, bildiyinizə görə, 70 yaşında Cülyetta rolunu oynayıb. Siz o yaşınızda hansı gənc rolu oynamaq istərdiniz?

– Deyirsiniz mütləq Cülyettanı oynayım (gülür)? Bu il 50 yaşım tamam olacaq, bu yaşımda heç vaxt gənc qız rollarına iddialı olmaram. Mən gənc yaşlarımda istədiyim rolları oynaya bilmədim. O vaxt, universitetdə oxuyan zaman Oruc Qurbanov Sumqayıt Dram Teatrına məni Kleopatra roluna dəvət etdi. Amma getmədim. “Məhv olmuş gündəliklər” tamaşasında Anjel rolunu oynayandan sonra Əşrəf Quliyev məni Akademik Teatra apardı. Ailə qurmağımla bağlı olaraq 10 il sənətdən ayrıldım. Həsənağa Turabovun istəyi ilə 10 ildən sonra teatra qayıtdım. Sağ olsun direktorumuz İsrafil müəllim bu gün gənclər üçün çox gözəl imkanlar yaradıb.

– Sənət adamları xalqa məxsus insanlardır. Necə edib xalqın sevgisini qazana bilərlər?

– İlk növbədə, hər kəs özünə hörmət etməlidir. Sonra düşünməlidir ki, hər şey gəldi-gedərdi. İnsan xalqın sevgisini bu gün başqa yol ilə də qazana bilər. Əgər mən teatr aktrisasıyamsa, çalışmalıyam ki, tamaşaçıları teatra cəlb edim. Son zamanlar efirlərdə səviyyədən kənar, bəsit verilişlər gedir. Çox istərdim ki, tamaşaçılar gəlib tamaşalarımıza baxsınlar. Tamaşaçının sevgisini qazanmaq çox çətindir.

– Heç olubmu ki, hansısa rola təsdiq olunandan sonra adınızı siyahıda görməmisiniz?

– Heç vaxt olmayıb. Heç vaxt da kiminsə roluna iddialı olmamışam. Hərdən rejissor ilə aktyor arasında problem olur. Məndə bu problem olubsa da, heç vaxt onu qabartmamışam.

– Mətanət xanım, sənətinizə nə vaxtsa küskünlüyünüz yaranıb?

– Küskün olub, nə edəcəyik (gülür)? Bu yolu özümüz seçmişik. Teatr bataqlıqdır, bu bataqlığa düşdünsə, çətin çıxasan. Biz tamaşadan bir alqış, bir də gül dəstəsi qazanırıq. Biz bu sənətin fədaisiyik. Elə aktyorlar da var ki, bu gün dözə bilmirlər. Mən onları da qınamıram. Bu sənətə diqqət olmalıdır, çox istərdim ki, məvaciblərə baxılsın. Hərdən efirdə aktrisaların evlərini, maşınlarını göstərirlər. İnsanlar da elə bilirlər ki, hamı o vəziyyətdə yaşayır. Bizim elə sənət adamlarımız var ki, onlar hələ də ailə həyatı qura bilməyiblər.

– Həyatda yeganə təsəlliniz kim və yaxud nə ola bilər?

– Bu söz bədbin insanlara aiddir. Bədbin insanlar təsəlli tapmalıdırlar. “Təsəlli” sözü mənə biganədir. Hər şey insanın öz əlindədir, həyat hələ irəlidədir. Mən inanıram ki, teatrda itirdiyim illəri tez bir zamanda qazanacağam.

– Çox səmimi, sadə, gülərüz xanımsınız… Sizə pislik edən insanlara necə, gülüb keçməyi bacarırsınız?

– Mənə edilən heç bir pislikdən sınmıram. Ən azından bunu biruzə vermirəm. Amma o insandan tez bir zamanda uzaqlaşıram.

– Teatrdan nə gözləyirsiniz?

– Teatr mənim iş yerimdir, oradan çox şey gözləyirəm. Allah hamıya can sağlığı versin, mən bilirəm ki, can sağlığım olsa, bütün gözlədiklərimə çatacağam. Çox istərdim ki, gözəl, mənalı seriallarımız çəkilsin və mən də orada rol alım.

– Şəxsi həyatınızdan nə danışa bilərsiniz?

– İki oğlum var, ikisi də ali təhsilldir. Həyat yoldaşım da sənətimə çox normal yanaşır. Mənim böyük oğlum da incəsənətə, musiqiyə həvəsli idi. Gəlib tamaşalarıma baxırdı, amma mən onun səmtini başqa sahəyə yönəltdim.

Əli Novruzəliyev
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər