Amerikalı alimlər cavanlığın ömrünü uzadan və insan orqanizminə xoş təsir bağışlayan tərəvəzin adını açıqlayıb. Medicina.az məlumatına görə, bu barədə “Moskovski komsomolets” yazıb.
Alimlərin sözlərinə görə, balqabaq cavanlaşdırma xüsusiyyətinə malidir. Onun tərkibində olan A və E vitaminləri qırışların açılmasına və dərinin daha hamar olmasına yardımçı olurlar.
Balqabağın tərkibində olan C vitamini isə sızaqnaqlarla mübarizə aparır, saç və dırnaqları möhkəmləndirir. Balqabağın gündəlik istifadəsi yuxunu normallaşdırmağa, yorğunluğu aradan qaldırmağa kömək olur. Bu tərəvəz, həmçinin, ürəktutması riskini aşağı salır və onkoloji xəstəliyin yaranmasının qarşısını alır.