“Uşaq hüquqları aylığı” çərçivəsində Sumqayıtda tədbir keçirilib

729

Sumqayıt şəhər icra hakimiyyətinin təşkilartçılğı ilə Uşaq Hüquqları aylığı çərçivəsində tədbir keçirilib.Tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Uşaq Hüquqları Konvensiyası haqqında məlumat verib. Bildirib ki, BMT tərəfindən qəbul edilmiş bu saziş dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq Hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.

Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyası barədə tədbir iştirakçılarına məlumat verib. Ülviyyə Müzəffərova uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili normativ hüquqi aktlar, BMT-nin adı çəkilən konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri, həmçinin Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov mövzu ilə bağlı fikirlərini söyləyib. Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib.Uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib, uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsinin önəmi diqqətə çatdırılıb.

Təbirin yekununda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər