“Uşaq hüquqlarının qorunması”mövzusunda tədbir keçirilib

468

2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” nın təsdiq edilməsi haqqında Sərəncamı imzalanmışdır.
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nı təsdiq edilmişdir.

Fəaliyyət planının icrası məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisi yaradılmışdır. Bütün regionlarda, o cümlədən Sumqayıt şəhərində də onun regional səfirləri təyin olunmuşdur.

Sumqayıt şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Uşaq Səfirlər Məclisinn nümayəndə və fəallarının iştirakı ilə “Uşaq hüquqlarının qorunması”mövzusunda açıq tipli suallardan ibarət Anket Sorğusu keçirilib.

Bildirilib ki, sorğunun keçirilməsində məqsəd uşaqların bu mövzuda bilik səviyyəsini yoxlamaqdır.

2024-cü il Azərrbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bu il çərçivəsində müxtəlif tədbirlər keçirilir. USM-nin nümayəndə və fəalları məktəbyanı sahədə əkəcəkləri gül dibçəkləri ilə xatirə şəkli çəkdirdilər.

Bütün reaksiyalar:

8

Bütün orta məktəblərin yuxarı siniflərindən nümayəndələr iştirak etmişlər. 1ci yerin qalibinə fəxri fərman və hədiyyə təqdim olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər