"Uşaqları qorumaq istəyərkən, şikəst edənlər var" - Pediatr Əli Quliyev peyvəndin sirrlərini açıqladı

11346

Ölkəmizin tanınmış pediatrlarından olan PhD Uzman Dr. Əli Quliyev AZXEBER.COM-a müsahibə verib.

 

Həmin müsahibəni təqdim edirik:

DOSYE: Dr. Əli Quliyev 1980-ci ildə anadan olub. 1998-2004-cü illərdə Türkiyə Cumhuriyyəti 19 Mayıs Universitetinin Tibb fakültəsində, 2004-2009-cu illərdə Hacettəpə Universiteti Tibb fakültəsi İhsan Doğramacı Uşaq Xəstəxanasında uzmanlıq təhsili alıb.2013-cü ildən Tibb Elmləri üzrə Fəlsəfə Doktorudur. Hazırda “Medera” Hospitalda çalışan PhD Uzman Dr. Əli Quliyev Azərbaycanın ən peşəkar pediatrları sırasında yer alır. Dəfələrlə ölkəmizi beynəlxalq konfrans və simpoziumlarda təmsil edib.

-Gəlin etiraf edək ki, valideynlər uşaqlarının peyvənd olunmasına ehtiyat edirlər. Məhz elə bu səbəbdən peyvənd olunmayan uşaqların sayı kifayət qədərdir. Sizcə, uşaqlara peyvənd vurulmalıdırmı və vurulmalıdırsa, niyə valideynlər bundan çəkinir?

 

-Bəli, reallıq ondan ibarətdir ki, əksər valideynlər övladlarını peyvənd etdirməkdən çəkinir. Bəziləri belə iddialar səsləndirir ki, peyvənd zərərli şeydir. Mən isə pediatr olaraq tam məsuliyyətimlə deyirəm ki, körpə yaşlarında vurulan peyvənd onları gələcəkdə mümkün təhlükələrdən qoruyur. Peyvənd, vurulan insanı qorumaqla yanaşı həm də onların daşıyıcılığını da əngəlləyir və beləliklə risk altındakı insanlar da qorunmuş olur.

-Valideynlər əsasən AKDS peyvəndindən imtina edirlər.Niyə məhz AKDS?
-Təəssüf ki, hələ də bəzi soydaşlarımız heç bir əsası olmayan fikirlərin təsir dairəsinə düşürlər. Ümumiyyətlə, müasir səhiyyədə protokollar deyilən anlayış var. Bu nədir və hansı anlam daşıyır? Hansısa internet sayt və sosial şəbəkədə yayılan informasiya əsasında yox, məhz tibbi protokollar əsasında mühakimə yürütmək olar. Tibbi protokolları yalnız həkimlər bilir. Bu mənada belə qaranlıq qalan məsələləri də ilk növbədə həkimlə müzakirə etmək lazımdır. Türkiyədə işlədiyim dövrdən sizə bir nümunə gətirim. Bu müddətdə bir dəfə olsun göy öskürək görməmişik. Orada işlədiyim 5 il müddətində cəmi 1 dəfə bu vəziyyətlə qarşılaşmışdım ki, bu xəstə də ərəb idi. Azərbaycanda isə demək olar hər gün 2 belə xəstə ilə qarşılaşırıq. Göy öskürək dərman müalicəsinə tabe olmayan xəstəlikdir. 2 yaşdan aşağı uşaqlarda ölüm riski var.Göy öskürəkdən qorunmağın yeganə yolu vaxtında buna qarşı peyvənd etdirməkdir.
-Bəs göy öskürək mikrobu gələcək ananın orqanizmində hansı fəsadlar yarada bilər?

-Göy öskürək mikrobu hamilə qadınlar üçün də təhlükəlidir. Məsələn Avropada `Barama strategiyası` yaradıblar. Hamila qadın doğuş etmədən öncə evdəki böyüklərə azaldılmış dozada göy öskürək peyvəndi vurulur. Burada məqsəd anadan olan körpəni mümkün qədər göy öskürək mikrobundan qorumaqdır. Təəssüf ki, cəmiyyətdəöskürən 100 böyükdən 20-igöy öskürəkdir. Böyük insanlarda olduğuzaman öskürəkdən başqaheç bir əlamət olmur. Sadəcə quru öskürəklə özünü büruzə verir. Ancaq körpəyə bulaşdığı zaman körpənin səhhəti ağırlaşır, ölümə və ya şikəstliyə gətirib çıxarda bilər. Göy öskürək xəstəliyi baxımından peyvənd olunması vacib amildir.

-Belə idddialar da var ki, peyvənd dünyanı cənginə alan “dərman şəbəkəsi”nin fırıldağıdır və buna ehtiyac yoxdur. Buna münasibətiniz necədir?

 

-Biz indi cavan nəsilik. 1978-ci ilədək çiçək xəstəliyi vardı.Təcrübəyə baxsaq görərik ki, o xəstəlikdən milyonlarla insanlar şikəst qalıb və ya ölüblər. Lakin peyvənd nəticəsində1978-ci ildən bəri ümümiyyətlə bu xəstəliyə rast gəlinmir. Digər birpoliomiyelit xəstəliyini nümunə göstərə bilərəm. Əvvəllər dünyada milyonlarla uşaqlar bu xəstəlikdən şikəstqalıb. Lakin 1998-ci ildən bəri 2-3 ölkəni çıxmaq şərtilə (Əfqanıstan,Pakistan) demək olar ki, bu xəstəliyə rast gəlinmir. Bunun da səbəbi insanlara vurulan peyvəndlərdir.

-Onda sualı bir az da konkretləşdirək. Peyvənddən imtina edən valideynlərin övladlarını gələcəkdə hansı təhlükələr gözləyir?
-Tutaq ki, peyvənd vurulmayan uşaq məktəbə gedir. Uşağın əlinə paslı mıx batır və ya paslı kəsici alətlə zədələnir. Valideyn dərhal təşvişə düşüb həkimə müraciət edir ki, sizcə uşağıma nə ola bilər? Tetanoz xəstəliyi bulaşa bilər ya yox? Belə müraciətlər çox olur. Biz də deyirik ki, bu mümkündür. Bu xəstəlikdən insanlar ölür və ya şikəst qalırlar. Halbuki zamanında peyvənd vurulsaydı, sadəcə yuyulub təmizlənəcəkdi, başqa bir şeyədə ehtiyac qalmayacaqdı.Çünki bəzən də, peyvənd tapmaq çox çətin olur, bu zamanortaya problemlər çıxır və nəticə faciəli olur.

-Hepatit B peyvəndi anadan olan kimi vurulur. Bu nə dərəcədə düzgündür?
-Böyük insanlar hepatit B xəstəliyinə yoluxarsa, 95%sağalır. 5 yaş altı uşaqlar yoluxarsa,95 faizhallarda xronikləşir. Buna görədə uşaq doğulan kimi peyvənd vurulur. Məqsəd bunun baş verməməsi üçün qarşısını qısa müddətə almaqdır. Düzdür valideynlər narazılıq edir ki, əgər ailədə bu xəstəlik yoxdursa, hardan keçə bilər? Hepatit B xəstəliyinə tutulan 30 faiz insanlarda bunun hansı yolla meydana gəldiyi bugünə qədər tibbə məlum deyil. Bizim xəstələr var ki, nə ailədə, nə qohumlarında bu xəstəlik var, ancaq uşağa Hepatit B xəstəliyi keçib. Bəzi risklər var ki, biz onun qarşısını ala bilmirik. Bu baxımdan Hepatit B peyvəndini doğulan kimi vurmaq vacibdir.

-Peyvəndlər məcburi ya özəl olaraq qruplaşır. Bunların fərqi nədir?
-İnkişaf etmiş ölkələrdə bütün peyvəndlər məcburidir. Əslində bizdən daha çox peyvənd vururlar. Biz isə ən azından valideynlərədeyirik kiözəl peyvəndləri (məsələn hepatit A, su çiçəyi) sonra da vurdura bilərsiniz, amma heç olmasa məcburi peyvəndləri mütləq vurdurun ki, uşaqlarınızı qorxulu xəstəliklərdən qoruya biləsiz. Bəzi valideynlər peyvənd vurulmamasını istədiyi halda, bəziləri isə bütün lazımı peyvəndləri vurdurmaq istəyir.

-Özəl peyvəndlər arasında meninqokok, rota virus, su çiçəyi və hepatit a peyvəndləri var…

– Qızılca peyvəndindən bir zamanlar Avropada imtina eləməyə başladılar. Keçən il Avropada 40000-ə yaxın insanda qızılca görüldü. İnsanlar qorxuya düşdülər və hamını hətta təkrar peyvəndlədilər ki, xəstəlik yayılaraq epidemiya şəklini almasın.Rotavirus 5 yaş altı uşaqlarda ən ağır fəsadlara səbəb olan mikrobdur.Ölüm hadisələri çox görülə bilər.Bu peyvəndlə qoruna bilən xəstəlikdir. Körpələrdə 6 ayadək 2 ya 3 dozada vurularaq tamamlanır. Suçiçəyi peyvəndi bizdə məcburi deyil özəl peyvəndi.Suçiçəyi peyvəndinin xeyri odur ki, ya heç xəstəlik keçirməz, ya da çox yüngül dərəcədə keçirər. Bir uşaq var ki, xəstəliyi 5 səpgi ilə keçirdir, bəzi uşaqlarda isə bədəndə 500 dənə səpgisi olur. Ağır dərəcədə keçirtsə korluq, pnevmoniya, beynə vurub ensefalitə səbəb olabilər. Ancaq peyvənd vurulduğu zaman bu risklər aradan qalxır və sadəcə 1-2 səpgi ilə keçirdə bilir. Suçiçəyi peyvəndini 1 yaşından sonra vurulması tövsiyyə olunur.
-İnsanlar arasında belə söz-söhbət gəzir ki peyvəndin vurulması uşaqlarda şikəstliyə və iflicə səbəb olur. Xüsusən də göy öskürək peyvəndi. Bu fikirə münasibətiniz necədir?

 

– Mən öz şəxsi təcrübəmə əsaslanıb deyirəm ki, fəaliyyət göstərdiyim 15 il ərzində belə halla qarşılaşmamışam. Göy öskürək peyvəndi isə 2 cür olur: tam hüceyrəli və zəiflədilmişhüceyrəli. İnkişaf etmiş ölkələrin əksəriyyəti zəiflədilmiş peyvəndlərdən istifadə edirlər. Tam hüceyrəli peyvənd hər hansı nevroloji problemi olan uşağa vurarlarsaşikəstlikdə verə bilər, ölümə də səbəb ola bilər. Amma sağlam uşaqda ciddi fəsad törətməz. Zəiflədilmiş hüceyrəli peyvənd isə həm nevroloji qüsuru olan uşağa (əgər stabildirsə), həm də sağlam uşağa vurula bilər. Buna görə dünyada trend “Mümkün qədər həm uşağı qoruyaq, həmdə zərər verməyək” istiqamətində gedir. Sadəcəpeyvəndləri zəiflətmək dünyaya müəyyən maliyyə tələb edir. Bu baxımdan maddi vəziyyətinə görə bəzi ölkələr zəiflədilmiştərcih edir, bəziləri isə tam hüceyrəli. Peyvəndlərin vurulması vacibdir və bu gün üçün müasir təbabətin tövsiyyə etdiyi peyvəndlər vurulmalıdır.

– Peyvənd nə zaman əks göstərişdir?
– Bizə çox müraciət edirlər ki, dövlət xəstəxanasında uşağın boğazına yaxşı baxılmadı, boğazı qızarıb, peyvənd vurandan sonra uşağım ağırlaşdı. Peyvənd ancaq bu hallarda əks göstəriş ola bilər:

Xəstəxanaya yatacaq qədər ağır xəstədirsə, peyvəndin tərkibindəki maddəyə qarşı ciddi reaksiyası varsa, nevroloji stabil olmayan xəstədirsə onda vurmaq olmaz.

Ancaq yüngül qızdırması, burun axıntısı, burun tıxanıqlığı, mədə-bağırsaq infeksiyası, alergiyası varsa bunlar peyvənd üçün əks göstəriş deyil.

-Bəzi nevroloji xəstəliklər var ki, onlar 2 yaşından sonra özünü biruzə verir. Peyvənddə əks göstəriş olmaması üçün nevroloji uşağı sağlam uşaqdan necə ayırd etmək olar?

 

-Onu biz müayinə etdiyimiz zaman bilirik. Uşağın ətrafa reaksiyasına, başını dik tutub tutmamasına, yaşına görə oturub oturmamasına, əşyalara uzanmasına, əzələ tonusuna, refleksinə baxırıq.Əgər şübhə görsək, dərhal nevroloqa yönəldirik. Onlar uşağın nevroloji baxımdan sağlam olduğunu desələr, o peyvəndləri vururuq.

 

-Bəzi uşaqlarda isə beyin iflici xəstəliyi var. Bu statik xəstəlikdir. Yəni artıb azalan xəstəlik deyil, olmuş bitmiş bir hadisədir. Bu baxımdan beyin iflici xəstələrinə nevroloji olmasına baxmayaraq, bütün peyvəndlər vurula bilər. Göy öskürək peyvəndi zəiflədilmiş vurulmalıdır. O biri peyvəndlərində hamısı vurulması lazımdır, hətta belə uşaqlara vurulması vacibdir. Əgərbu uşaqlargöy öskürək xəstəliyini keçirərsə, ölmə ehtimalı yüksəkdir. Çünki əzələlərizəifdi, düzgün mikrobları təmizləyə bilməz, rahatlıqla öskürə bilməz və boğulub ölə bilər.

 

Əgər nevroloji stabil xəstədirsə, epilepsiyası varsa və xəstəliyi kontrol altındadırsabu uşaqlar dərman qəbul etdiyi halda peyvənd oluna bilər.

Stabil olmayan nevroloji vəziyyət varsa yəni gedərək artan vəziyyətdirsə onlarda peyvəndi gözləyirik.

-Dövlət xəstəxanalarında vurulan peyvəndlərin özəl klinikalarda vurulan peyvəndlərdən fərqi nədir?
-Dövlət xəstəxanalarında poliomielit damcı şəklində verilir. Özəllərdə isə bir iynə şəklində vurulur. Bu iynənin daxilində AKDS, miningit, hepatit B və poliomielit var. Verilən poliomielit damcı zəiflədilmiş canlı mikrobdur, iynənin içində vurulan isə inaktivdir, yəni cansızdır. Əslində insanlarda birinci doz poliomielitin mütləq iynə şəklində olması (inaktive poliomielit) tövsiyyə olunur.Ona görə ki, uşağın immun sistemi yetəri qədər formalaşmayıbsa, bağırsaq problemi varsa, o zəifləmiş canlı mikrob canlana, aktivləşə bilər, zəifliyini itirib güclənə bilər və sənuşağı qorumaq istərkən şikəst edərsən.Mümkün qədərilk poliomielit peyvəndinin inaktiv olması tövsiyyə olunur.

-Peyvənddən sonra ən sıx görülən reaksiyalar nələrdir?
-Peyvənddən sonra yerli şişmə, qızarma, qızdırma və 2-3 gün uşaq narahat, ağlağan ola bilər. Əsasən peyvənd vurulduqdan sonra 15-20 dəqiqə müşahidə altında saxlanılır. Çox nadir hallarda ağır şok görülə bilər.

-Peyvəndlər məsləhət görülən vaxtdan gec vurula bilər?
-Nə qədər tez vurularsa, xəstəlik riski o qədər az olar. Biz bilsək ki, uşaq heç bir zaman xəstəlik tutmayacaq, onda heç peyvənd etmərik.Ancaq biz bilmiriq ki, uşaq 6 ayında xəstələnəcək ya 10 ayında? Ona görəmümkün qədər qısa müddətdə uşağı tez qorumağa çalışırıq, mikrob tutmamışbiz qoruya bilək. Peyvənd 3 yaşındada vurula bilər, gec qalma söhbəti yoxdu sadəcə doza fərqi var.

-Son olaraq nə demək istərdiniz?
-Nəticə olaraq demək istəyirəm ki, peyvəndlərin vurulması vacibdir. Əgər valideyn bu haqda məlumat almaq istəyirsə, internetdə insanların yazdıqlarından deyil, dünyada bu sahəni yönəldən rəsmi saytlar var ki, onlardan məlumat alsınlar. Azərbaycanda da belə saytlar az deyil. Onlar dərindən araşdırsalar əmin olarlar ki, peyvənd vurulması vacib və qaçılmaz bir prosesdi. Yəni gəzən şaiyələrin əsassız olduğunu görərlər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər