ÜST-nin Azərbaycandakı nümayəndəsi: Yeni layihə çərçivəsində Sumqayıtda təlim və simulyasiya mərkəzi yaradılacaq

281

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ilə birgə Azərbaycanda yeni layihəyə start verdi.

USAID-in maliyyələşdirdiyi “Azərbaycanda Təcili Tibbi Yardım və İnfeksiyaların Qarşısının alınması və Nəzarət Sistemlərinin Gücləndirilməsi” layihəsi özündə iki vacib komponenti əks etdirir. Bunlardan biri infeksiyaların qarşısının alınması və nəzarət sistemlərinin, digəri isə təcili və təxirəsalınmaz səhiyyə xidmətlərinin gücləndirilməsidir. Bunların hər ikisi vacibdir. Azərbaycanda hər iki istiqamətdə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən lazımi addımlar atılıb. Biz isə görülən işlərə dəstək məqsədilə həmin layihəni başlatdıq.

Bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə müsahibəsində deyib.

Layihə çərçivəsində görüləcək işlər barəsində məlumat verən H.Harmancı deyib: “Qarşıdakı bir il ərzində bununla əlaqədar müxtəlif yerlərdə təlimlər keçiriləcək, qiymətləndirmələr aparılacaq. Sumqayıtda təlim və simulyasiya mərkəzi yaradılacaq. Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə birgə fəaliyyətlərimiz olacaq. Ayrıca olaraq infeksiyaların qarşısının alınması və onlara nəzarət istiqamətində milli səviyyədə bir işçi qrupu yaradılıb. Standartlar, qanunlar dəyişir. Bu istiqamətdə də köməyimizi əsirgəməyəcəyik. Önəmli bir layihə olacaq. Ümid edirəm ki, hər kəs bunun faydasını görəcək. Çünki həm təcili və təxirəsalınmaz tibbi xidmət, həm də infeksiyanın qarşısının alınması məsələsi hər birimizin həyatı üçün önəmlidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər