“UVENTA” Estetik Mərkəzi
Uventa estetik mərkəzi xanımların özlərini gözəl, baxımlı, gümrah hiss etməsi üçün bütün imkanları yaradıb. Gülərüz, təcrübəli işçilər və super imkanları ilə digərlərindən fərqlənən gözəllik salonu ən yüksək səviyyədə xidmətlər təşkil edir.
Mərkəzin gözəllik salonunda ən son dəblə saç kəsimi, saç düzümləri, vizaj, gəlinlərin bəzədilməsi, saç qaynağı və s. xidmətlər həyata keçirilir. Podologiya üzrə kompleks xidmət göstərilir.
Siz manikür, pedikür, dırnaq qaynağı və s. xidmətlərdən steril şəraitdə istifadə edə bilərsiniz. Professional ustaların işi rahatlığınızı təmin edəcəkdir. Lazer terapiyası ilə işləmək müasir olduğu qədər də təmkinlidir. Dünyada ən son texnologiya ilə İtaliya istehsalı Aleksandrit lazer aparatı ilə siz arzuolunmaz tüklərdən həmişəlik və ağrısız azad ola bilərsiniz.
Gözəllik duyğuları insanın üzündən başlayır. Elə gözəlliyi qoruyub saxlamağın da əsasında üzə qulluq durur. Mərkəzin mütəxəssisləri on iki funksiyalı, qırx bir proqramlı LPR kombayn vasitəsi ilə dərman preparatlarının dəriyə iynəsiz yeridilməsi, üzün mikrodermobraziyasını və liftinqini həyata keçirirlər.
Kim istəməz ki qaməti düz, dərisi elastik, əzaları simmetrik olsun!? Bu hər kəsin arzusudur. Mərkəzdə müvəffəqiyyətlə tətbiq edilən “VİP LİPOLİNE” aparatı əzələ tonusunu artırır, dəriyə elastiklik verir, limfodrenaj metodikasının köməyi ilə bədəni toksinlərdən təmizləyir, üzə botoks effekti verən liftinq proseduru həyata keçirir. Pasiyent artiq bir prosedurdan sonra arıqlama effektini hiss edə bilir. Bədənin arzu olunan formada korreksiyası Uventa estetik mərkəzdə uğurlu həyata keçirilir.
Bəs, bədənin formasını necə qoruyub saxlamalı? Daimi olaraq aerobika ilə məşğul olmaq bədəni tanusa gətirir və əzələləri möhkəmləndirir, orqanizmi ümumilikdə sağlam saxlamağı təmin edir. Fitnes zalında gündəlik məşğuliyyət üçün hər cür şərait vardır. Gənclik əhval-ruhiyyəsini və gümrahlığını qaytarmaq üçünsə SPA bölməsində bütün müvafiq prosedurları keçmək mümkündür. Siz də həyat eşqinin çağlaması, müsbət enerjinin ruhunuza qida verməsi, stressdən yaxa qurtarmağınızı istəyirsinizsə, bu prosedurlardan yan keçməyin. Gözəlliyin və sağlamlığın qorunması üçün bədənin relaksasiyasının əhəmiyyəti böyükdür. Bunun üçün təklif paketində müxtəlif xidmətlər vardır. Bu prosedurda mərkəzdə formalaşan müasir Türk hamamı hərtərəfli rol oynayır. Təbii ki,əzələləri boşaltma, ağrıları götürmək və stressin aradan qaldırılması üçün SAUNA ən səmərəli vasitədir.
Klassik deyim olan “Gözəllik ondur,doqquzu dondur”meyarı indi də sənətkarların dilində əzbəridir. Uventa “MODA EVİ”ndə hər kəsin zövqünə və bədən quruluşuna uyğun gecə geyimləri müştərilər üçün fərdi qaydada hazırlanır. Klassik və müasir dəbdə bütün yaş dövrləri üçün gecə geyimləri yüksək standartlara uyğun ən qısa müddətdə tikilir. KAFEdə isə həm çay, kofe, həm də dadı damağınızdan getməyən müxtəlif cür təamlar var. İş adamlarının işgüzar görüşləri, dostların səmimi söhbətləri, sadəcə, ləziz xörəklərdən dadıb çay süfrəsində istirahət etməklə siz vaxtınızı xoş və səmərəli keçirə bilərsiniz.
Əlaqə
Ünvan: Zülfi Hacıyev, AZ1000, Sumqayıt, Azərbaycan
Tel: (018) 65-7-31-31
Tel: (012) 408-89-92
Mob: (050) 234 31 31
Email: info@uventa.az
hardadir ki, bura – loru dille yazin da
Qesheng yerdi
Elnare xanim bu estetik merkez Sumqayit seherinde yerlesir Pionere geden yolda Heyder Bank of Baku nun yaninda Kia Motors magazasinin yani
cox qozeldir.soruwmaq istiyirem sizde massaj edirler?ve qiymetinide yazardiz.
Qiymetleri de yerleshdirseniz ela olardi
beli xanim massaj ve butun spa xidmetleri var qiymetler baresinde zehmet olmasa (018) 65-7-31-31 nomresi il elaqe saxlayin
Cakkuzi var?
yaxsi sac ustasi kimi meslehet gorerdiz?
allah lena mellimeden razi olsun
lena m superdi.