Üz-çənə nahiyəsində bəd xassəli şişlər - "AQS dental center”dən TÖVSİYƏ

4827

 

Üz-çənə və ağız nahiyəsindəki dəyişikliklər tez-görə çarpdığından bu nahiyələrin xərçəngt xəstəliyi digər orqanlara nisbətən daha erkən vaxtlarda aşkarlanır. Bu da öz növbəsində müalicə effektliyini artırır.

Ağız xərçənglərinə səbəb olan faktorlar çoxdur. Lakin siqaret çəkmək və spirtli içkilər qəbul etmək bunda daha çox rol oynayır. Bundan əlavə xroniki qıcıqlar (düzgün hazırlanmayan protezlər, qırılmış dişlərin iti kənarları), pis gigiyenik qulluq, bəzi xroniki infeksiyalar da səbəb olan faktorlardandır.

Siqaret çəkən və spirtli içkilər qəbul edən insanlar digər insanlara nisbətən xərçəngə yoluxma riskləri 4 dəfə artıqdır. Siqaretin istisi siqaret çəkənlərdə dodaq xərçəngi əmələ gətirməsi barədə bir çox faktlar var.

Əgər ağız boşluğunda

1. Ağ, qırmızı, ləkələr əmələ gəlibsə

2. Tez qanayan və sağalmayan yaralar

3. Xroniki boğaz ağrıları və səs dəyişkənliyi

4. Ağızda normal olmayan dəyişiklik və qalınlaşma

5. Çeynəmə və udqunmaqda çətinlik

Yuxarıda sadalanan hər hansı bir əlamət sizdə varsa mütləq stomatoloqa müraciət edin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər