Dünən şəhərimizin Ü.Hacıbəyli küçəsində dahi bəstəkarın 125 illik yubileyi münasibətilə inşa edilən abidə kompleksinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər ictimaiyyəti iştirak edib. Mərasimdə çıxış edən şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev son illər şəhərdə görülən yenidənqurma işlərindən danışıb. O, şəhərin mədəni həyatındakı bu yenilik münasibətilə sumqayıtlıları təbrik edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan ədəbi-mədəni tarixində danılmaz xidmətlərini vurğulayıb və bundan sonra da Üzeyir Hacıbəylinin xatirəsini əbədiləşdirmək üçün addımlar atılacağını qeyd edib.
Mərasimdə Respublika Mədəniyyət və Turizm Nazirliyinin nəfəs alətləri orkestri, Sumqayıt şəhərindəki 2 nömrəli incəsənət məktəbinin xalq çalğı alətləri orkestri və vokalçılar tərəfindən dahi bəstəkarın əsərləri ifa edilib.
Qeseng