“Vaksinasiyadan keçənlər arxayın olmasın, “Delta”nın keçiriciliyi…” – Məmmədli

704

“RNT (Ribonuklein turşusu) tərkibli viruslar kimi koronavirusun mutasiyaya uğramaq qabiliyyəti kifayət qədər genişdir. Pandemiyanın ilk vaxtlarında mütəmadi olaraq mutasiya riskindən danışılırdı. Hindistanda aşkarlanmış “Delta” və Britaniyada aşkarlanmış “Alpa” ştammının özünəməxsus xarakterik fərqləri var. “Delta” ştammında keçiricilik qabiliyyəti yüksəkdir və yoluxan insanlarda əlamətlər çox qısa müddətdə meydana çıxır və kəskin ağciyər ağırlaşamaları ilə müşayiət olunur. Virusun digər əlamətləri koronavirusa xas olan xüsusiyyətlərdir”.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputatın sözlərinə görə, “Alpa” ştammında xəstəliyin ağırlaşması istiqamətində ciddi fərq müşahidə olunmur:

“Amma yoluxuculuğunun yüksək olması baxımından “Alpa” risklidir və səhiyyə sisteminin yüklənməsinə daha çox səbəb olan bir variantdır. Ümumiyyətlə, iki doza vaksin almış insanların böyük bir hissəsində yeni növə yoluxmama ehtimalı yüksəkdir. Ancaq yoluxarkən xəstəliyin əlamətlərinin büruzə vermə göstəricisi çox aşağı olur. Aparılan araşdırmalar da göstərir ki, insanlar vaksin olunandan sonra yoluxsalar belə xəstəliyin əlamətlərini müşahidə etmirlər. Başqa sözlə, vaksinasiya ilə insanlar özünü qoruma çətiri altına alır. Bu baxımdan qoruyucu tədbirlər hələ də aktual olaraq qalır. Xüsusən qapalı məkanlarda tibbi maskanın əhəmiyyəti çox böyükdür. Vaksinasiyadan keçmiş insanlar arxayın olmamalıdır, onlar digərinin yoluxmaması baxımından tibbi maskadan istifadəyə üstünlük verməlidir”.

Müşfiq Məmmədli qeyd edib ki, vaksinasiyanın sürətli aparılması və böyük insan kütləsini əhatə etməsi pandemiyanın yayılma sürətinin qarşısını alır: “Əgər bir bölgədə yaşayan insanların 70-80%-i peyvəndlənərsə, infeksiyanın qarşısı əhəmiyyətli dərəcədə alınar. Bu baxımdan hədəfimiz qoruyucu vasitələr və vaksinasiya olmalıdır. Hər bir azərbaycanlını bu prosesdə yaxından iştirak etməyə səsləyirəm.

Hazırda istifadə olunan istər törədicisi zəiflədilmiş, inaktivə olunmuş peyvəndlər, istər vektor, istərsə də mRNT tipli vaksinlərin hər biri müəyyən faiz nisbətində bu ştammlara qarşı effektivdir. Yeni koronavirus infeksiyasının RNT zəncirinin müəyyən bir hissəsi dəyişikliklərə uğramış bir törədicidir. Yəni koronavirusun xarakterik əlamətlərini özündə daşıyır. Sadəcə mutasiya keçirərək yoluxma sürətini və yaxud xəstəliyin gedişində müxtəlif fəsadlar yaradır. Vaksin olunmuş insanlarda bütünlüklə RNT zəncirinə qarşı antitellər yaranır, bu da insanların yoluxma ehtimalını aşağı salır. Vaksin olunduqdan sonra hüceyrə immuniteti hesabına orqanizmdə törədiciyə qarşı mübarizə imkanları səfərbər olur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər