Vaqif Əliyev “Qızıl Aypara” medalı ilə təltif edilib

965

vaqifeliyevDünən Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov və şəhər ictimaiyyəti iştirak edib. Tədbir zamanı çıxış edən Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı V. Əliyev Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər Şöbəsinin fəaliyyətindən, şöbənin inkişafına  göstərilən diqqət və qayğıdan danışıb. Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti N. Aslanov çıxış edərək cəmiyyətin yaranma tarixi, inkişafı, hazırkı fəaliyyəti barədə məlumat verib. Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında xidmətlərinə görə cəmiyyətin “Qızıl Aypara” medalı ilə təltif edilib. Medal ötən gün Sumqayıtda baş tutan cəmiyyətin 90 illik yubileyi ilə bağlı tədbirdə V.Əliyevə cəmiyyətin Prezidenti Novruz Aslanov tərəfindən təqdim edilib. Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 10 mart 1920-ci ildə general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə yaradılmışdır. Qurumun məqsədi cəmiyyətin və insanların gücünü səfərbər edərək qayğıya ehtiyacı olan insanlara xidmət etməkdir. Cəmiyyət humanitar dəyərlərin yayımı, fövqəladə hallara hazırlıq və yardım, axtarış, ilk yardım, sağlamlıq və qayğı, miqrasiya, gənclər və könüllülər və sair istiqamətlər üzrə fəaliyyət göstərir. 25 noyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanun qəbul etmişdir. Bu qanuna görə Respublika Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının tərkib hissəsi olaraq respublikamızda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi, humanitar təşkilat kimi təsdiq edilmişdir. Cəmiyyət 1995-ci ildən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvüdür. Hazırda cəmiyyətin 170 mindən çox üzvü, 15 mindən artıq könüllüsü var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər