Vaqif Əliyev Sumqayıtın fəal gəncləri ilə görüşüb

808

gencler gunu-01.02.2010Bu gün  Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev “2 Fevral – Gənclər Günü” münasibətilə şəhərin fəal gənclərinin bir qrupu ilə görüşüb.
Görüşdə artıq 13 ildir ki, respublikamızda qeyd olunan “Gənclər Günü”nün tarixindən danışan V.Əliyev ümummilli lider Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini və 1996-cı ilin fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin 1-ci Ümumrespublika Forumundan bir il sonra –1997-ci ildə “Gənclər günü”nün təsis edilməsi haqqında sərəncam imzalandığını qeyd edib. V.Əliyev bunun respublika gənclərinin təşkilatlanması və onların Azərbaycan dövlətçiliyinin inkişafında rollarının artırılması istiqamətində daha bir mühüm addım olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirən şəhər rəhbəri dövlət hesabına xaricdə təhsil almağın, güzəştli şərtlərlə ipoteka krediti əldə etməyin və onlarla digər imkanların gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib. V.Əliyev Sumqayıtın “Gənclər şəhəri” olduğunu və buna görə də onların şəhərin ictimai həyatında fəal iştirakının vacibliyini qeyd edib.

Görüşdə çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov 2009-cu il ərzində gənclər siyasəti sahəsində görülmüş işlər barədə geniş məlumat verib.

Daha sonra müxtəlif sahələrdə çalışan gənclər çıxış edərək öz fikir və düşüncələrini görüş iştirakçıları ilə bölüşüb, gənclər şəhəri olan Sumqayıtda gənclərə hər zaman göstərilən diqqət və qayğıya görə şəhər rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər