Vaqif Əliyev vəfat edib – FOTO

7217

Əliyev Vaqif Əvəz oğlu 1948-ci ildə anadan olub. Əmək fəaliyyətinə Sumqayıt şəhərində müxtəlif istehsalat sahələrində başlamış, sonradan ictimai iaşə xidməti sahəsində çalıəşıb. Vaqif Əliyev Sumqayıt şəhərində faaliyyət göstərən “Aygün” və “Arzu” məişət evlərinə rəhbərlik edib. Sumqayıt şəhərində Əhaliyə Məişət Xidməti İstehsal Birliyində müxtəlif vəzifələrdə işləyib.

2009-2016-ci illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin kordinatoru vəzifəsində çalışıb. Sumqayıt şəhərinin ictimai və mədəni həyatında fəal iştirak edib.

Vaqif Əliyev 24 mart 2021-ci il tarixində 73 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər